Close

PSİXOSOSİAL REABİLİTASİYA VƏ İNKİŞAF
İCTİMAİ BİRLİYİ

(+994 50) 244-80-04
(+994 55) 244-80-04
office%psychosocial#az

Haqqımızda

"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir, rəsmi olaraq 29.05. 2012-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata (1112-Q40-3054) alınmışdır.

"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyininin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına müvafiq yardımlar göstərmək, əsasən uşaqların, yeniyetmələrin, gənclərin inkişafına dəstək olmaq və maarifləndirməkdir.

Təşkilat psixososial reabilitasiya, təlim və tədris  sahələrində bilik və təcrübəsi olan ekspertlər komandası tərəfindən idarə olunur. Birliyin mərkəzi  ofisi Bakı şəhərində yerləşsə də fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Biz xeyirxah insanlarla birləşərək yardıma çox ehtiyac duyan, cətin vəziyyətdə olan insanlara yardım etmək üçün bu nəcib missiyanı həyata keçiririk və məqsədimizə nail olmaq ücün işimizi tam şəffaflıq və səmərəlilik prinsipi üzərində qurmuşuq.

Əsas fəaliyyətimiz:

  • Psixososial dəstəyə ehtyacı olan insanlara dəstək göstərmək;
  • Psixoloji və əqli geriliklə müşahidə olunan xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinin, eləcə də mədəni və sosial inkişafının təkmilləşdirilməsi tədbirlərinin təşkili;
  • Xəstə uşaqların ailələrinə sosial və psixoloji dəstək göstərmək;
  • Autizm sindromundan və başqa ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və bərpası layihələrinin icrası;
  • Autizm və başqa ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların problemlərini ictimaiyyətə çatdirmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək;
  • Cəmiyyətin həssas əhali qrupları üçün psixoloji və sosial yardım layihələrinin həyata kecirilməsi;
  • Yardım ede bilən xeyirxah insanlari və təşkilatlatları xeyriyyə işlərinə cəlb etmək və könüllü volontyorlar yetişdirmək.

Biz öz işimizə çox həssas və məsuliyyətlə yanaşırıq və çətin vəziyyətdə olan insanlara yardım etmək və bu fəaliyyətimizə dəstək olmaq  istəyən bütün xeyirxah insanları da bizim layihələrdə iştirak etməyə dəvət edirik.

Siz bizim proqramların və ya layihələrin hər hansı birində iştirak edə bilər və ya daima bizimlə əməkdaşlıq edə bilərsiniz.