PRİM - Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi Layihəsi

Bu İctimai Birliyin nəzdində PRİM- PSIXOSOSIAL REABILITASIYA VƏ İNKIŞAF MƏRKƏZI yaradılıb ki, burada psixoloji müayinələr və psixodiaqnostika, ailə psixoterapiyası, ailədaxili problemlər, boşanma - ayrılıq, komplekslər, özünə inamsızlıq hallarının tənzimlənməsi, stress və distress hallarının aradan qaldırılması və s. məsələlərlə bağlı xidmətlər göstərilir.
Mərkəzimizdə uşaq və yeniyetmələrə psixoloji yardım göstərilir, uşaqlar arasında inkişafetdirici məşğələlər, psixoloji treninqlər, tədris kursları keçirilir. Həmçinin autizmin diaqnostikası, uşaqlarda davranış pozuntularının həlli, hiperaktiv, aqressiv uşaqların psixoloji reabilitasiyası, art-terapiya, uşaqlarda qorxu, ifrat təşvişin və ünsiyyətdə çətinliklərin aradan qaldırılması və s. bu kimi problemlərin reabilitasiyası ilə məşgul oluruq.
