“İlk Addım” layihəsi

"İlk addım" layihəsi çərçivəsində müxtəlif həssas əhali qrupları ilə ünsiyyət yaradılmış, onların arasından aktiv könüllülərlə iş aparılmışdır. Bu layihədə əsas məqsəd müxtəlif həssas əhali qruplarından aktiv könüllülər dəstələri seçmək,onları təlimatlandırmaq, "Bizdən bizə" prinsipi ilə həmin qruplarda sağlam həyat tərzini geniş təbliğ etmək, riskli davranış nəticəsində sağlamlığı təhlükədə olan şəxslərin vaxtında tibbi müayinəyə getməsinə kömək etmək olmuşdur. Eləcə də sağlam həyat tərzi ilə bağlı məlumat paketi-bukleti, kitabça, yaddaş vərəqi hazırlayıb bu qruplarda əldən-ələ ötürülməsini təşkil etməkdən ibarət olmuşdur.
